Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2017
15:10
12 mindən çox azarkeşə xidmət göstərmişik - BNA

Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Atletiko" futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi (BNA) missiyasına uyğun olaraq sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib.

BNA-dan verilən məlumata görə, oyun günü "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək) 31 sayda marşrut xətti üzrə 23 182 nəfər sərnişinin, ayrılmış əlavə 195 ədəd avtobusla isə 12265 nəfər sərnişinin daşınması təmin edilib.

"Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma prosesinin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Daxili İşlər Nazirliyinə, eləcə də müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təşəkkürünü bildirir. Eyni zamanda, göstərdikləri səbr və anlayış üçün əhaliyə minnətdarıq. UEFA Çempionlar Liqasında ölkəmizi uğurla təmsil edən "Qarabağ" futbol komandasına isə yeni və daha böyük uğurlar arzulayırıq", - deyə məlumatda vurğulanıb.

Məqalədə : BNA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43285

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41573

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43219

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42672

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48209

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42726

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43154
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 08:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru