Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Oktyabr

2017
11:42
1221
Prezidentin köməkçisi `Qarabağ`-`Atletiko Madrid` oyunundan yazdı

FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov dünən UEFA Çempionlar Liqası qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Atletiko Madrid" klubları arasında keçirilən oyununda fransız hakimin səhv qərarını şərh edib.

"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - Qarabağ klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur", - deyə Prezidentin köməkçisi əlavə edib.

Qeyd edək ki, dünən keçirilən qarşılaşmada fransız hakim "Atletiko Madrid" komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin etməməklə yanaşı, komandamızın hücumçusu Dino Ndlovuya ikinci sarı vərəqəni göstərərək meydandan çıxarmışdı.

Məqalədə : Novruz Məmmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru