Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Oktyabr

2017
21:36
714
Əlillərlə bağlı qanunvericilikdə dəyişiklik gözlənilmir - Hadi Rəcəbli

Ötən gün mətbuatda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcəyi barədə məlumatlar dərc edildi. Məlumatda qeyd edilirdi ki, bu sahədə köklü dəyişikliklər və islahatlar aparılacaq.

Hazırlanacaq yeni layihəyə əsasən fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək. Sosial durumu yaxşı olmayan əlillərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan fiziki qüsurlu əlillərə isə müavinət verilməyəcək. Məsələ ilə bağlı Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə müraciət etdik.

O, Modern.az-a açıqlamasında qeyd etdi ki, ümumiyyətlə parlamentin gündəliyində belə bir məsələ yoxdur və gələcəkdə də gözlənilmir:

“Azərbaycanda sosial siyasət davamlı olaraq insanların rifah halının yüksəldilməsinə xidmət edir. Bu mənada əlillərə hər zaman dövlət qayğısı xüsusilə gücləndirilir və gələcəkdə də bu siyasət davam etdiriləcək. Ona görə də bir daha qeyd etmək istəyirəm ki, bizim prioritet əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsidir”.

Yayılan məlumatların tam yanlış olduğunu deyən Hadi Rəcəbli bu xəbəri təkzib edib.

Məqalədə : əlillər Hadi Rəcəbli 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru