Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2017
14:48
Qiymətləri `əl yandırır`

Havaların yağmurlu keçməsi Zaqatalada şabalıd yığımını çətinləşdirib. Son illər bu ağaclarının kütləvi şəkildə quruması azmış kimi, yay fəslinin yağmursuz, məhsul yığımı dövrünün isə yağışlı keçməsi məhsuldarlığa və keyfiyyətə təsir edib. Məhsul azlığı bazarlarda qiymətin artması ilə nəticələnib.

FaktXəbər-in ARB-yə istinadən məlumatına görə, ölkədə şabalıdın ən çox yığıldığı yerlərdən olan Zaqatalada qiymətlər əl yandırır. Ötən il şabalıdın bir kiloqramı 3-5 manata satılırsa, indi qiymətlər 5-10 manat arasında dəyişir. 

Şabalıdla bağlı problem bu mövsümə xas deyil. Ağacların kütləvi quruması bağ sahiblərini çıxılmaz vəziyyətə salıb. Quraqlıqdan sonra yağan yağışsa tikanlı qabığın içində belə şabalıdı çatladıb. Belə məhsulu isə uzun müddət saxlamaq mümkün deyil.

Belə getsə, bu il milli mətbəximizin olmazsa, olmazı sayılan şabalıdı, plov, qovurma və digər yeməklərdə başqa çərəzlərlə əvəz etməli olacağıq. Mütəxəssislər şabalıq ağaclarının qorumasını önləmək üçün qabaqlayıcı tədbirlər görülməsini vacib sayır. Eyni zamanda yeni bağların salınması ilə də məhsuldarlığı artırmaq mümkündür.  

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : şabalıd 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 21:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com