Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Oktyabr

2017
14:30
837
Elmar Məmmədyarov: `Azərbaycan Aİ ilə əməkdaşlıqda maraqlıdır`

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb. 

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə olan məsələlər, habelə müqavilə-hüquq bazası və baxılmaqda olan sənədlərin vəziyyətinə nəzər salındı və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb. 

Nazirlər iki ölkə arasında Hökumətlərarası birgə Komissiya, Azərbaycan–Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyətinə, o cümlədən XİN-lərarası siyasi məsləhətləşmələrə toxundular, müxtəlif formatlarda əməkdaşlıq formalarının intensivləşdirilməsinin vacibliyini qeyd ediblər.

FaktXəbər-in məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqda maraqlıdır. Nazir əlavə edib ki, xüsusən də Şərq Tərəfdaşlığı proqramı, NATO, ATƏT, habelə Vişeqrad qrupu çərçivəsində əməkdaşlıq təqdir olunur.

"Hazırda Aİ ilə yeni saziş üzrə müzakirələr aparırıq. Aİ-nin 10 ölkəsi ilə strateji əməkdaşlığımız var", - E.Məmmədyarov bildirib. O, bu ayın sonunda Avropa Komissiyasının nümayəndə heyətinin Bakıya səfər edəcəyini də vurğulayıb.

"Enerji sahəsində strateji əməkdaşlığımız var və bütün sahələrdə müzakirələrə açığıq", - nazir əlavə edib.

Məqalədə : Elmar Məmmədyarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru