Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Oktyabr

2017
11:53
642
Azərbaycana gələn xarici turistlərin sayı 21% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 21% artıb. Bu artımın ilin sonunadək davam edəcəyi gözlənilir.

Bu barədə mədəniyyət və turizm nazirininin müavini Nazim Səmədov məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə ölkəyə 2,071 mln. nəfər xarici vətəndaş gəlib.

Nazir müavini bildirib ki, daxili turizm də bu müddətdə artım dinamikası göstərib: "Belə ki, daxili turizmdə də illik 20%-ə qədər artım qeydə alınıb". 

N.Səmədovun sözlərinə görə, təkcə iyun-avqust ayları ərzində 860 mindən çox adam regionlarda istirahət edib: "9 ayın nəticələrini götürsək - həm daxili, həm də xarici turizmi birlikdə hesablasaq, bu, 3 mln. turist təşkil edir".

Məqalədə : Turistlər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru