Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Oktyabr

2017
11:34
2181
Soros 18 milyard dolları Putini devirmək üçün ayırıb?

Amerikalı milyarder Corc Soros özünün yaratdığı “Açıq Cəmiyyət” fonduna təxminən 18 mlrd. dollar köçürüb. FaktXəbər-in “The New York Times”a istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın rəsmiləri bildiriblər.

Qeyd edək ki, “Açıq Cəmiyyət” fondunun Rusiya ərazisində fəaliyyəti qadağandır. Corc Sorosun ayırdığı külli miqdarda vəsaitin böyük hissəsinin məhz Rusiyadakı hökumət dəyişikliyinə sərf olunacağı deyilir. 

Aktivlərinin həcminə görə ABŞ-ın ikinci ən böyük xeyriyyə fondu olan “Açıq Cəmiyyət” 1995-ci ildən 2003-cü ilə qədər Rusiyadakı müxtəlif layihələrə 1 milyard dollar xərcləyib. Lakin 8 ildən çoxdur ki, Rusiya Federasiya Şurası “Açıq Cəmiyyət” fondunu arzuolunmaz sayıb və ölkə ərazisində fəaliyyətini qadağan edib.

Məqalədə : Soros 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru