Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Oktyabr

2017
10:46
1236
Bakının iki böyük prospektində hərəkət məhdudlaşdırılır

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan Bakının Heydər Əliyev və Babək prospektlərinin, eləcə də Yusif Səfərov küçəsinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətləri yenidən çəkiləcək.

Bununla əlaqədar avtomobillərin hərəkəti qismən (yol bağlanmadan) məhdudlaşdırılacaq.Rənglənmə işləri səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunub.

Məqalədə : Prospekt 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru