Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Oktyabr

2017
22:37
861
Nazirlər Kabinetində struktur islahatları: daha çevik hökumət qurulur - VİDEO

Nazirlər Kabinetinin strukturunun yenidən təşkili, 2016-ci ilin sentyabrında keçirilən referendumun nəticələrinə uyğun olaraq idarəçilikdə aparılan islahatların tamamlanmasıdır.

Bu, yeni iqtisadi siyasət kursunun daha çevik və səmərli həyata keçirilməsinə şərait yaradacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni situasiyaya və çağırışlara uyğun olaraq struktur islahatları həyata keçirilir.

Əsas məqsəd idarəetmə sistemində paralelliyin və təkrarçılığın aradan qaldırılması, təkmilləşməsi, dinamik, mobil, daha çevik, operativ idarəçilik mexanizminin formalaşmasıdır.

Nazirlər Kabineti Aparatının yeni strukturunda 200 ştat vahidi müəyyən edilib. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib.

Nazirlər Kabinetinin kollegial orqan olduğu nəzərə alınaraq, Qaydada Nazirlər Kabinetinin iclaslarının planlaşdırılması, hazırlanması və keçirilməsinə xüsusi diqqət ayrılıb. Belə ki, Baş nazir tərəfindən bəyənilmiş iclas gündəliyinin layihəsi və müvafiq materiallar iclasın tarixindən azı 5 iş günündən əvvəl Nazilər Kabinetinin üzvlərinə, habelə iclasda iştirak edəcək digər şəxslərə göndəriləcək. İclasda Nazirlər Kabinetinin üzvləri şəxsən iştirak etməlidirlər. Üzvlərin azı yarısı iştirak etdikdə Nazirlər Kabinetinin iclası səlahiyyətli hesab olunacaq. İclasda baxılan məsələlərə dair qərarlar üzvlərin sadə səs çoxluğu ilə qəbul olunacaq. Nazirlər Kabinetinin iclası, bir qayda olaraq, açıq keçiriləcək. Bu islahatlar isə özündə çevik olduğu qədər də şəffaf və demokratgik idraəçiliyi əks etdirir.

Dövlət qurumlarında, o cümlədən Nazirlər Kabinetində aparılan struktur islahatları həm də ölkədə həyata keçirilən yeni iqtisadi siyasət kursununu icrasının səmərəliliyi baxımdan əhəmiyyətlidir. Əslində burada vacib bir paralellik və kompleks yanaşma var. Bu, yalnız iqtisadi inkişaf deyil, həm də bütövlükdə cəmiyyətin inkişafı və ölkənin daha müasir və çevik idarəetmə sisteminə transformasiyasına gətirib çıxaracaq.

Məqalədə : Nazirlər Kabineti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru