Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Oktyabr

2017
16:20
744
Poroşenkodan Saakaşvilinin keçirdiyi mitinq barədə maraqlı açıqlama

Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə Ali Radanın qarşısında keçirilən mitinqə münasibət bildirib.

FaktXəbər-in "Ukrainskaya pravda"ya istinadən məlumatına görə, o bildirib ki, belə tədbirləri anlayışla qarşılayır və hüquq mühafizə orqanlarını aksiyanın dinc məcrada keçməsinə çağırıb.

O, bu barədə Malta prezidenti Mari-Luiz Koleyro Preka ilə birgə keçirdiyi mətbuat konfransı zamanı danışıb.

Malta rəhbəri Poroşenkoya sual edib ki, nəyə görə insanlar Rada qarşısında mitinq keçirir, nəyə görə bir qrup deputat digər deputatlardan qanun layihələrinin qəbulunu tələb edirlər. Poroşenko həmkarının sualına cavab olaraq bildirib ki, bu, demokratiya üçün son dərəcə önəmli üsuldur.

Məqalədə : Poroşenko Saakaşvili 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru