Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Oktyabr

2017
15:44
756
Nazirlik: Bəzi avtomobil yollarında sürüşmələr aktivləşib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən aparılan müşahidələr nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda stabillik qeydə alınıb.

ETSN-nin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, Zığ-1, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub.

Məlumatda bildirilib ki, respublikanın rayonlarında keçirilən monitorinqlər zamanı Astara rayonunun Kijəbə, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8, 10-cu, Lənkəran-Lerik yolunun 17-19, 23, 27-29, 40 və 45-47-ci kilomertliklərində, Lənkəran rayonunun Gəgiran, Lerik rayonunun Soru, Kirəvud, Veri-Əliabad sürüşmə sahələrində nisbi aktivlik qeydə alınıb.

Masallı rayonunun Güllütəpə, Zuvand, Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 12-13 və 17-ci kilometrliyində, Gədəbəy rayonunun Arıqıran, İsmayıllı rayonunun İstisu, Sədiyan, Xankəndi, Diyallı, Ağsu aşırımı boyu, Muğanlı- İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə edilib. 

Məqalədə : sürüşmə yollar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru