Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Oktyabr

2017
14:48
909
Kərkük niyə döyüşsüz azad edildi? - SƏBƏB

Kürdüstan Referendumundan sonra Cəlal Tələbaninin oğlu Bafel Tələbani ilə könüllü Haşdi Şabi qüvvələrinin "Bədr" briqadalarının lideri Hadi Amiri arasında, İraq baş naziri Heydər Abad iştirakı və İran Qüds Orduları komandanı Qasim Süleymaninin vasitəçiliyi ilə 9 maddəlik sazişin imzalandığı məlum olub.

Sözügedən müqavilə İraq deputatı tərəfindən aşkara çıxarılıb.

Müqavilədə qarşıya çıxan maddələrdən biri olan Süleymaniyyə, Kərkük və Hələbçənin Kürdüstan bölgəsindən ayrılaraq muxtar bir hökumətin yaradılması vasitəsilə müstəqil Kürdüstan fikrinin kürdlər üçün bir xəyal olaraq qalması təmin edilir.

Müqavilənin digər bir maddəsi isə İraq qüvvələrinin 2014-cü ilin əvvəlindəki bölgələrə müharibə olmadan qayıtmalarının təmin edilməsidir.

Kərkük vilayəti ortaq rəhbərlik tərəfindən idarə ediləcək. 15 məhəllə Kürdlər tərəfindən, 25 məhəllə isə digər azlıqlar üçün ayrılacaq.

Kərkükün hava limanı, neft quyuları və s. strateji bölgələrinin rəhbərliyi İraq hökuməti tərəfindən həyata keçiriləcək.

Süleymaniyyə Hava Limanına uçuşlara icazı veriləcək.

Süleymaniyyə və Kərkük sərhədlərindəki işçilərin maaşları İraq hökuməti tərəfindən ödənəcək.

Bafel Tələbaninin hazırlayacağı siyahı ilə Süleymaniyyə sərhədindəki peşmərgələrin maaşları veriləcək.

Süleymaniyyə-Kərkük-Hələbçə bölgəsinin yaradılması.

Yaradılacaq bölgə üçün yeni hökumətin təşkili.

Məqalədə : Kərkük 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru