Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Oktyabr

2017
11:01
603
Fatih Terim yoxsa Prosineçki? - Türkiyə klubu seçim arasında qalıb

FaktXəbər-in verdiyi məlumata görə, Türkiyə millisi və "Qalatasaray" futbol klubunun keçmiş baş məşqçisi Fatih Terim "Trabzonspor"-dan təklif alıb. Ərsun Yanal ilə yollarını ayıran Qaradəniz təmsilçisi, ilk olaraq Fatih Terimə təklif göndərib.

Təcrübəli məşqçinin hələlik cavab vermədiyi bildirilir.

Yerli mətbuatın yazdığına əsasən, "Trabzonspor"un yeni baş məşqçisi kimi iki nəfərin adı hallanır. Bunlar Azərbaycan millisini çalışdıran Robert Prosineçki və yerli mütəxəssis Fatih Terimdir.

Qeyd edək ki, "Trabzonspor" son turda öz evində "Akhisar" klubuna 1-6 hesabı ilə məğlub olub. Böyük hesablı məğlubiyyətdən sonra komanda rəhbərliyi Ərsun Yanal ilə yollarını ayırıb.

Məqalədə : Fatih Terim 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru