Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2017
10:04
Yol polisi defisi silinən nömrələri belə düzəldir – VİDEO

Artıq bir neçə gündür yol polisi standartlara cavab verməyən nömrələrin bərpası işinə başlayıb. Avtomobilin nömrəsində defis işarəsi silinən sürücülər istənilən yol polis postuna yaxınlaşaraq, 2-3 dəqiqə müddətində nömrəsində olan qüsuru aradan qaldıra bilər.

FaktXəbər-in Xəzər TV-yə istinadən məlumatına görə, Baş Dövlət Yol Polis İdarəsinin müvafiq göstərişi ilə stasionar postda yol polisi avtomobilinin nömrəsində defisi silinən sürücüləri saxlayır. Onlara əvvəlcə məsələ ilə bağlı məlumat verilir, daha sonra nömrənin defisi normal hala salınır.

Dövlət nömrə nişanında qüsur olan sürücülərin böyük əksəriyyəti isə bundan xəbərsiz olduqlarını deyirlər.

Dəmir çərçivəni nömrənin üzərinə qoymaqla yol polisi bu işi 2-3 dəqiqə müddətində ödənişsiz həyata keçirir. Yol polislərinin verdikləri məlumata görə, həmin boya nömrəni yazan maddədəndir.

Nömrədəki defisin başqa yerdə bərpasına gəlincə isə, Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, istənilən şəxs nömrəsində olan bu çatışmazlığı öz ustasına düzəltdirə bilər. Amma gərək həmin defis səliqəli şəkildə rənglənsin və nömrənin digər hissələri zədələnməsin.

Məqalədə : avtomobil nömrəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3874

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 09:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru