Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Oktyabr

2017
09:45
825
Şimali Koreya: Nüvə müharibəsi hər an başlaya bilər

Şimali Koreyanın BMT-dəki nümayəndəsi Kim İn Ren bildirib ki, ölkəsi nüvə silahlarının tam şəkildə qadağasını dəstəkləyir. FaktXəbər-in məlumatına görə, Kim İn Ren bu barədə BMT Baş Assambleyasında çıxışı zamanı danışıb.

O, bildirib ki, ölkəsi nüvə silahlarına qarşı olsa da, amma rəsmi Vaşinqtonun təklif etdiyi sənədin əleyhinədir: "ABŞ hələ ki, Koreya Xalq Demokratik Respublikasını inadla təhdid və şantaj edir, nüvə silahının qadağan olunması haqqında müqaviləni isə inkar edir, buna görə də KXDR sazişə qoşulmayacaq. Pxenyanın nüvə silahı və ballistik raketlərə malik olması özünümüdafiəyə görə məntiqi tədbirdir. Dünyada heç bir ölkə bu qədər uzun müddət ABŞ tərəfindən belə ifrat və birbaşa nüvə təhlükəsinə məruz qalmayıb. Dünyanın diqqət mərkəzində olan Koreya yarımadasında kritik vəziyyətdir və nüvə müharibəsi hər an başlaya bilər".

Məqalədə : Şimali Koreya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru