Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Oktyabr

2017
09:08
678
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilir

Bu gün Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək. 

İki gün davam edəcək turun ilk günündə bütün qarşılaşmalar eyni vaxtda başlayacaq. E qrupunun favoritləri “Liverpul”la “Sevilya” səfər sınağına çıxacaq. Sonuncular Moskvada “Spartak”ın heç-heçə seriyasını dayandırmaq üçün mübarizə aparacaq. İlk qələbə arzusunda olan “Liverpul” isə qrupun autsayderi “Maribor”u xalsız qoymalıdır.

D qrupunun lideri “Mançester Siti” əsas rəqibi “Napoli” ilə qarşılaşacaq. İngiltərə klubu “ekvator xətti”nə 100 faizlik nəticə ilə çatmaq üçün ev oyununda da qalib gəlməlidi. İtaliyalılar isə liderdən uzaq düşməmək üçün səfər xalına ehtiyacı var. Neapolluların büdrəməsi Hollandiyada görüşəcək rəqiblərə sərf edəcək. Çünki “Şaxtyor” 2-ci pillədə möhkəmlənmək, “Feyenoord” bu mövqeyə yiyələnmək şansına malikdi.

Azərbaycanda da kifayət qədər azarkeşi olan “Beşiktaş” səfərdə “Monako” ilə görüşəcək. Ardıcıl iki qələbə ilə fanatlarını sevindirən Türkiyə klubu autsayderi də itkisiz keçməyə köklənib. Qazanılacaq qələbə istanbulluları 1/8 finala daha da yaxınlaşdıracaq. Təbii ki, G qrupunda keçiriləcək digər matçın nəticəsi də “Beşiktaş” üçün əhəmiyyət daşıyır. Həmin matçda “Leypsiq” “Porto”nu qəbul edəcək.

İlk oyun gününün mərkəzi qarşılaşması H qrupunda baş tutacaq. İlk iki görüşdə qələbələri sıralayan “Real”la “Tottenhem” Madriddə görüşəcək. Qalib gələn komanda dövrəni vahid lider kimi tamamlayacaq. Qrupun autsayderləri “Borussiya” və APOEL isə Kiprdə üz-üzə gələcək. Hər iki komanda ilk xal üçün mübarizə aparacaq. Bu görüşdəki məğlubiyyət 1/8 final şanslarını minimuma salacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

17 oktyabr

E qrupu

22:45. “Maribor” (Sloveniya) - “Liverpul” (İngiltərə)

22:45. “Spartak” (Rusiya) - “Sevilya” (İspaniya)

1.

Sevilya

2

1

1

0

5-2

4

2.

Liverpul

2

0

2

0

3-3

2

3.

Spartak

2

0

2

0

2-2

2

4.

Maribor

2

0

1

1

1-4

1

 F qrupu

22:45. “Feyenoord” (Hollandiya) - “Şaxtyor” (Ukrayna)

22:45. “Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya)

1.

Mançester Siti

2

2

0

0

6-0

6

2.

Şaxtyor

2

1

0

1

2-3

3

3.

Napoli

2

1

0

1

4-3

3

4.

Feyenoord

2

0

0

2

1-7

0

 

G qrupu

22:45. “Leypsiq” (Almaniya) - “Porto” (Portuqaliya)

22:45. “Monako” (Fransa) - “Beşiktaş” (Türkiyə)

1.

Beşiktaş

2

2

0

0

5-1

6

2.

Porto

2

1

0

1

4-3

3

3.

Leypziq

2

0

1

1

1-3

1

4.

Monako

2

0

1

1

1-4

1

H qrupu

22:45. “Real” (İspaniya) - “Tottenhem” (İngiltərə)

22:45. APOEL (Kipr) - “Borussiya” (Dortmund, Almaniya)

1.

Tottenhem

2

2

0

0

6-1

6

2.

Real

2

2

0

0

6-1

6

3.

Borussiya D.

2

0

0

2

2-6

0

4.

APOEL

2

0

0

2

0-6

0

Məqalədə : Çempionlar Liqası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru