Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Oktyabr

2017
20:48
Azərbaycanın təbii sərvətlərindən dərman vasitələrinin hazırlanması üçün laboratoriya yaradılıb

“Elmin İnkişafı Fondu fəaliyyəti dövründə səhiyyə sahəsində 30 qədər layihəni dəstəkləyib. Bu layihələrdən biri də Azərbaycanın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün əczaçılıq üzrə müasir elmi tədqiqat laboratoriyası yaradılması olub”.

Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Nazir müavini deyib ki, fond bu laboratoriyanın yaradılmasına qrant olaraq 1 milyon manat ayırıb: “Hazırda dərman sahəsində çalışan bəzi şirkətlərin fəaliyyətini də bu laboratoriyalara yönəltmək istəyirik ki, dərmanların tədqiqatlarını həmin laboratoriyada aparsın, bununla da oraya müəyyən qədər maliyyə köməkliyi etsin”.

Nazir müavini qeyd edib ki, dərman bitkiləri xammallarının tədqiqini həm Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu, həm də Azərbaycan Tibb Universiteti aparır. (APA)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : dərman laboratoriya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 03:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com