Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Oktyabr

2017
20:21
843
Metro `Qarabağ` - `Atletiko` oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək

Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə FaktXəbər-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi sadəcə "Koroğlu" stansiyasında deyil, digər stansiyalarda da tətbiq olunacaq.

"Sərnişin axınına nəzarət olunacaq, şəraitə uyğun olaraq "Koroğlu" stansiyasına giriş-çıxışların yerləri dəyişdirilə bilər. Sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər görüləcək, canlı qüvvə və eyni zamanda ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq", - deyə o vurğulayıb.

Məqalədə : futbol "Qarabağ" "Atletiko" metro 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru