Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Oktyabr

2017
16:52
687
Həmsədrlər prezidentlərin görüşünün yekunlarına dair bəyanat yayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə birgə prezidentlər İlham Əliyev ilə Serj Sarqsyanın bu gün Cenevrədə keçirilən görüşünün yekunlarına dair bəyanat yayıblar.

Vasitəçilər görüşün konstruktiv mühitdə keçdiyini qeyd ediblər.

"Görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həlli üçün tərəflərlə işləməyə hazırdırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər", - deyə, bəyanatda bildirilib.(Report)

Məqalədə : ATƏT 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru