Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Oktyabr

2017
14:50
1803
Bakıda yaşanan sıxıntılı dönəmə vaxt qoyuldu: Gələn ilin sonu bitəcək

Nəsimi Paşayev: "İşlər qaydasında gedərsə, 2018-in sonuna kimi stansiyanı açmağı planaşdırırıq"

Bakıda yollarda tıxacda qalmaq şəhər sakinləri üçün adi hala çevrilib. Günün səhər və axşam vaxtlarında paytaxtın bəzi prospekt və küçələrində sıxlıq müşahidə olunur. Buna isə bir çox səbəblər təsir edir.

Şəhər sakini Zaur Nurməmməd ünvanladığı şikayət məktubunda iddia edir ki, Tbilisi prospektində hər gün müşahidə olunan tıxacın yaranma səbəblərindən biri, tikilməkdə olan metroya görə yolun bağlanmasıdır.

"Tbilisi prospektində günün əksər vaxtlarında tıxac olur. Tıxacın bəzi səbəbləri var. Bu səbəblərdən biri də keçmiş "Papanin"-də uzun müddətdir ki, metro stansiyasının qazıntı işləri ilə əlaqədardır" — sakin bildirir.

Onun sözlərinə görə, uzun illərdir burada qazıntı işləri gedir: "Bu da yolun bağlı olmasına və tıxacın yaranmasına səbəb olur. Çünki mikrorayonlara gedənlər məcbur Tbilisi prospektindən istifadə edirlər. Bu da prospektin yüklənməsinə və bəzi saatlarda tıxacların yaranmasına səbəb olur. Bilmək istəyirik, bu yolun açılışı nə vaxt olacaq? Ümumiyyətlə, yolun açılmasına ümid var?"

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, məsələ ilə bağlı Sputnik-ə açıqlamasında problemə aydınlıq gətirib. O bildirib ki, "Papanin" deyilən ərazidə Bənövşəyi xəttin 3-cü stansiyası tikilir.

"Şərti adı B3-dür. Yol da ona görə bağlıdır. Stansiya açılanda yol da açılacaq. İşlər qaydasında gedərsə, 2018-in sonuna kimi stansiyanı açmağı planlaşdırırıq" — Paşayev bildirib.

Məqalədə : Nəsimi Paşayev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru