Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Oktyabr

2017
14:23
951
Tanınmış vəkil Aslan İsmayılov barəsində cinayət işi başlanıb

Hüquqşünas Aslan İsmayılov barəsində cinayət işi başlanıb.

FaktXəbər-in məlumatına görə, bu barədə A.İsmayılov özü məlumat yayıb.

Onun sözlərinə görə, Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xiliqanlıq) maddəsi ilə cinayət işi açılıb: "Bu dəqiqələrdə Binəqədi rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb. Bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacam. Haqqımda təxribat hazırlandığını, həbsimin planlaşdırıldığını çoxdan bilirdim və maksimum ehtiyatlı olmağa çalışırdım. Bütün xəbərdarlıqlara baxmayaraq haqq işimdən dönməyəcəyimi də ən yüksək səlahiyyət sahiblərinə bildirmişdim.

Bu günə qədər dediklərimi bir daha təkrarlayıram. Azərbaycana gəldiyim 1989-cu ildən bu günə qədər heç bir dəstədə olmamışam. Bütün varlığımla hakimiyyət üçün deyil, dövlətim üçün çalışmışam və bundan sonra da çalışacam. Məni həbslə qorxutmaq, tutduğum yoldan çəkindirmək istəyənlərə də bir daha bildirirəm, Azərbaycan mənim Vətənimdir və burada baş verən qanunsuzluqlara, biabırçılıqlara özümü cavabdeh saymışam və sayacam. Bu günə qədər, nə qədər çətin olsa, ittihamlara məruz qalsam da hakimiyyətə maksimum loyal yanaşmağa çalışmışam, bildiklərimin, gördüklərimin az hissəsini ictimaiyyətə çatdırmışam. Sadəcə həbsimlə mənə hərəkətlərimdə daha çox azadlıq verəcəksiniz. Bilin, nəinki həbsim, ölümüm də məni oğru, quldurların qarşısında əyməyəcək.

Hakimin saxtakarlıq etdiyi həmin prosesdən sonra bir neçə dəfə polis idarəsində, məhkəmədə olsam da haqqımda cinayət işinin qaldırılması barədə mənə bir kəlmə belə deyilməyib.


Haqqımda qanunsuzluq etmiş Binəqədi polis idarəsinin istintaq şöbəsinin qəhrəmana çevrilib məni təhqir etməsinin səbəbi indi bəlli oldu. Neçə gün imiş haqqımda yuxarılarla razılaşma gedirmiş."

Məqalədə : Aslan İsmayılov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru