Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Oktyabr

2017
14:12
“Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsi müzakirə olunub

“Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsi müzakirə edilib.

Azərbaycan Respublikasının Energetika Nazirliyindən FaktXəbər-ə bildirilib ki, müzakirələr energetika nazirinin müavini Gülməmməd Cavadovla ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis, qurumun energetika və infrastruktur üzrə Avropa və Asiya bürosunun rəhbəri Stiven Börnsün daxil olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.

Nazir müavini “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə görülən işlər barədə ətraflı məlumat verərək bildirib ki, sənəddə əksini tapan ən mühüm prioritet istiqamətlərdən biri enerji sektorunun effektiv tənzimləmə mexanizminin yaradılmasıdır. O, bu məqsədlə USAID-lə birgə “Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsinin hazırlanma prosesinin tezliklə yekunlaşdırılmasının vacibliyini qeyd edib. G.Cavadov layihənin ilkin variantının nazirlikdə müzakirə edildiyini və müəyyən dəyişikliklərə ehtiyac olduğunu diqqətə çatdırıb.

Qurumun Azərbaycan üzrə missiyasının direktoru M.Meredis ABŞ hökumətinin ölkəmizin enerji sektorunda fəaliyyət göstərən qurumlarla sıx əməkdaşlıq münasibətlərindən bəhs edərək, Strateji Yol Xəritəsi çərçivəsində lazımi köməyi göstərməyə hazır olduqlarını deyib.

USAID-in energetika və infrastruktur üzrə Avropa və Asiya bürosunun rəhbəri S.Börns isə “Azərbaycanın elektrik enerjisi bazarı” haqqında qanun layihəsinin ümumi strukturu ilə bağlı Energetika Nazirliyinin mövqeyini öyrənib. Ayrı-ayrı maddələrlə bağlı təkliflərin irəli sürülməsindən sonra prosesin qısa bir vaxtda yekunlaşacağını bildirib.

Görüşdə qurumun nümayəndələri ilə birgə müzakirələrin intensiv təşkil edilməsi və on gün müddətində nazirliyin qanun layihəsi ilə bağlı yekun rəyinin verilməsi razılaşdırılıb.

Məqalədə : Energetika Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7781

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6574

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8193

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8059

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11772

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7817
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-07-2020 06:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru