Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Oktyabr

2017
12:35
726
Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq

Oktyabrın 17-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz  mülayimləşəcək.

ETSN-dən Faktxeber.com-a verilən məlumata görə, havanın temperaturunun gecə 10-12° isti, gündüz  13-15° isti, Bakıda gecə 10-12°, gündüz  13-15° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.  

Nisbi rütubət   85-95 %  olacaq. 

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 16-sı gündüzdən 17-si axşamadək Abşeron yarımadasında havanın təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi və yağışlı hava şəraiti fonunda temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.   

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-11°, gündüz 15-18° isti, dağlarda gecə 0-4°, gündüz 4-7° isti olacağı gözlənilir.

Məqalədə : ETSN HAVA 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru