Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Oktyabr

2017
10:31
897
Ləhcə ilə danışan şəxsləri cərimə gözləyir

Azərbaycanda ləhcə ilə danışan bəzi şəxslər cərimələnə bilər.

Söhbət televiziya-radio proqramları, reklam çarxları və reklam lövhələrindəki dil pozuntularına yol verən hüquqi şəxslərdən gedir. Ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu yeni layihə hazırlayır.

Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyir ki, hazırda cərimələrin hansı söz və ifadələrə görə tətbiq olunacağının detalları müzakirə edilir. Cərimələrin məbləği isə Milli Məclisin yekun qərarından sonra müəyyənləşdiriləcək.

Sevinc Əliyevanın sözlərinə görə, əksər inkişaf etmiş ölkələrdə media və reklam sahəsində bu tip cərimələr mövcuddur. Azərbaycanda da bu cərimələr dilin qorunub saxlanmasını təmin edəcək.

Qeyd edək ki, cərimələrin yalnız hüquqi şəxslərə tətbiqi nəzərdə tutulub. Fiziki şəxsləri isə heç bir cərimə gözləmir.

Məqalədə : Aparıcı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru