Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Oktyabr

2017
10:13
780
Azərbaycanda unikal əməliyyat - hemodializ xəstəsinə böyrək köçürüldü

Azərbaycanda daha bir unikal əməliyyat həyata keçirilib. Əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində “Böyrək Xəstəlikləri və Transplantasiya” Mərkəzində icra olunub.

Dəfələrlə uğursuz əməliyyatlar keçirən 47 yaşlı Ağa Bağırova texniki cəhətdən çox mürəkkəb olsa da, yaxın qohumunun böyrəyi köçürülüb.

Bu barədə Modern.az-a əməliyyatı icra edən Mərkəzin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev məlumat verib:

“Xəstə uzun illərin hemodializ xəstəsi idi və böyrək transplantasiyası üçün müraciət etdiyi bütün mərkəzlərdə xəstədən imtina etmişdilər. Əməliyyatın mürəkkəbliyi də məhz xəstənin dəfələrcə uğursuz əməliyyat keçirməsində idi. Komandamızla bərabər bu əməliyyatı da uğurla icra etdik və hazırda xəstənin vəziyyəti yaxşıdır, heç bir fəsad yaşanmamışdır”.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru