Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Oktyabr

2017
09:30
1371
Saakaşvili bildirib ki, Ukrayna hökuməti onu öldürmək istəyir - VİDEO

Odessa vilayətinin eks-qubernatoru və sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili Xarkovdakı mitinqində əminliklə bildirib ki, Ukrayna hakimiyyəti onu aradan götürməyə çalışır.

FaktXəbər-in məlumatına görə, bu barədə Saakaşvili Facebook səhifəsindəki video-görüntüdə bildirir.

"Mən dəqiq bilirəm ki, onlar məndən canlarını qurtarmaq istəyir. Onlar məni əzmək və deportasiyaya çalışırlar. Hətta öldürmək də problem deyil! Mən bundan qorxmuram", - deyə Saakaşvili söyləyib.

Saakaşvili tərəfdarlarını oktyabrın 17-də Ali Rada qarşısında anti-korrupsiya islahatlarını dəstəkləmək üçün aksiyaya çağırıb. Aksiyaçıların tələbləri arasında anti-korrupsiya məhkəməsinin yaradılması, seçkilər haqqında yeni qanunun qəbulu və deputat toxunulmazlığının ləğvi də var.

Məqalədə : Saakaşvili 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-04-2018 11:29

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status