Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Oktyabr

2017
19:32
“Buk-MB” zenit-raket komplekslərindən döyüş atışları icra edilib - VİDEO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Hava Hücumundan Müdafiə Qoşunlarının “Buk-MB” zenit-raket komplekslərinin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tapşırıqların yerinə yetirilməsi zamanı çətin radioelektron maneə şəraitində şərti düşmənin yüksəksürətli, kiçik ölçülü hava hədəfləri aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Buk-MB 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 11:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com