Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

13 Oktyabr

2017
21:08
1653
Vətəndaşların narazılıq etdiyi 20 hakim vəzifəsindən azad edilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Ədliyyə Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəmələrinin 70-dək hakiminin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onların fəaliyyəti müzakirə edilməklə qiymətləndirilib.

Aparılan prinsipial təhlil və müzakirələr nəticəsində vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq apellyasiya və birinci instansiya məhkəmələrinin ümumilikdə 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakiminin aşağı işə keçirilməsi məqsədəuyğun bilinib. Həmçinin, bir sıra birinci instansiya məhkəmələrinin sədri və hakimlərinin təyinatı, habelə hakim kadrlarından daha səmərəli istifadə edilməsi məqsədilə bəzi hakimlərin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinə müvafiq təkliflər verilib.

İclasda həmçinin, qanunvericiliyin tələblərinin və icra intizamının pozulması hallarına, habelə süründürməçiliyə yol verdiklərinə görə 2 hakimin tutduğu vəzifədən azad olunaraq aşağı işə keçirilməsi qərara alınıb, 2 hakim barədə intizam icraatı başlanılıb.

Məqalədə : hakim 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2018 06:24

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru