Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Oktyabr

2017
16:06
447
Bakıda daha bir parkda pulsuz `Wi-Fi` olacaq

"Bakı Telefon Rabitəsi" MMC paytaxtın "İzmir" parkında pulsuz "Wi-Fi" şəbəkəsinin qurulması üzrə iş aparır. Bu barədə Trend-ə MMC-dən bildiriblər.

Operatorun planına "Nərimanov" parkında (eyniadlı metro stnasiyasının yaxınlığında) "Wi-Fi" xidmətinin təqdim edilməsi də daxildir. Hazırda bu parkda şəbəkə sınaq mərhələsindədir.

Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, "Qış parkı", "Zabitlər" parkı, "Sahil", "Axundov", "Sabir", "Xaqani", "Hüseyn Cavid", "Səməd Vurğun" və "Muğan" bağları daxildir.

Xidmət işə salındıqdan etibarən şəbəkəyə 1 milyondan artıq qoşulma qeydə 

Məqalədə : parkda pulsuz "Wi-Fi" 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru