Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

13 Oktyabr

2017
13:25
1041
Bakı-Tbilisi-Qars dəmir yolunda `Stadler` qatarları işləyəcək

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına gələn ildən başlanılacaq.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, bununla əlaqədar İsveçrənin "Stadler" zavoduna 30-a yaxın vaqon sifariş verilib.

FaktXəbər-in məlumatına görə, Bakı-Tbilisi-Qars dəmir yolu üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.

Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artacaq.

Məlumdur ki, bu gün daşımaçılıq sahəsində mövcud olan ən böyük yük axını Çinlə Avropa arasındadır. Bunun təmin olunması əsasən dəniz daşımaları vasitəsi ilə həyata keçirilir və bu da vaxt etibarı ilə 25-30 gün təşkil edir. Bakı-Tbilisi-Qars dəmir yolu istismara verildikdən sonra Çindən Avropaya yüklərin çatdırılması 12-15 gün təşkil edəcək və nəticədə dəniz daşımaçılığına nisbətən yüklərin mənzil başına çatdırılması müddəti 2 dəfədən çox azalacaq. 

Bu bağlantı vasitəsilə yük daşımalarının həcmi 5-ci istismar ilindən sonra 3 milyon ton, 8-ci istismar ilində 6-8 mln. ton, sonrakı dövrlərdə isə 10 mln. ton və daha çox olacağı proqnozlaşdırılır.

Məqalədə : Stadler 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 09:51

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru