Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

13 Oktyabr

2017
12:26
1287
Panamanı Dünya Çempionatına əslində bu nənə çıxarıbmış - FOTO-VİDEO

Panama Kosta-Rikanı 2-1 məğlub edərək tarixində ilk dəfə Dünya Kubokuna getməyə nail olarkən stadionda çox maraqlı hadisələr baş verib. Əslində Panamanı Dünya Kubokuna aparan futbolçular deyil, bir nənə olub.

FaktXəbər-in məlumatına görə oyunun son dəqiqələrində Kosta-Rikanın hücumunu görən panamalı nənə meydançaya atılaraq hücumu dayandırmağı bacarıb.

Oyunun uzatma dəqiqələrində ehtimal olunan qol təhlükəsinə mane olmağı bacaran yaşlı qadın bir müddət meydançada təhlükəsizlik əməkdaşları iləd qaçdı-tutdu da oynayıb, sonra isə yaxalanıb.

Yerə yıxılaraq əlləri bağlanan "Super nənə" meydançadan çıxarılarkən Panama azarkeşlər onu ayaq üstə alqışlayıblar.

Oyun dayandığı üçün Kosta-Rikanın hücumu da boşa getdi və bundan sonra da hakim Panamanın tarixində ilk dəfə Dünya Çempionatına qatıldığını elan edən son fiti çaldı.

Panama - Kosta-Rika oyununda daha bir maraqlı vəziyyət top daşıyan uşaqla bağlı olub. Həmin uşaq Kosta-Rikalı oyunçunun autdan topu dərhal daxil etməsinin qarşısını almaq üçün qaçaraq topu tribunalara tərəf atıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 09:50

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru