Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2017
10:38
1476
Səud kralı sözə qulaq asmayan Yəmənin eks-prezidentini ev dustağı edib

FaktXəbər-in verdiyi məlumata görə, Yəmənin istefa vermiş prezidenti Mənsur Hadi Riyadda ev dustağı həyatı yaşayır. Buna səbəb onun Səudiyyə Ərəbistanı rejiminin sözlərinə əməl etməməsi və Yəmənin cənubunda olan Ədən şəhərinə qayıtmamasıdır.

Məlumata görə, Mənsur Hadi Riyadın BƏƏ-yə təzyiq etməsini gözləyir, çünki Birləşmiş Əmirliklər onun Ədənə geri qaytımasının əleyhinədir. Bu şəhərin təhlükəsizlik məsələləri BƏƏ-nin öhdəsinə düşdüyü üçün eks-prezident geri qayıtmasıyla terror olunmasından qorxur.

Mənsur Hadinin hazırda BƏƏ və Səudiyyənin razılığını gözlədiyi bildirilir. Çünki BƏƏ son zamanlarda unu təhdid edərək Ədən şəhəri istiqamətində hərəkət edərsə, təyyarəsinin yerə enməmiş hədəfə alınacağını açıqlayıb.

Məqalədə : Mənsur Hadi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 13:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com