Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Oktyabr

2017
21:46
843
“Pulsuz Wi-Fi” şəbəkəsi bu parklarda da istifadəyə veriləcək

“Pulsuz Wi-Fi” şəbəkəsi tezliklə Bakının İzmir və Nərimanov parklarında istifadəyə veriləcək. FaktXəbər “Baktelecom”a istinadən xəbər verir ki, “Pulsuz Wi-Fi”ın əhatə dairəsi genişlənir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) tərəfindən cari ilin mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətindən paytaxt sakinləri və şəhərimizin qonaqları yaxın günlərdə İzmir və Nərimanov parklarında da faydalana biləcəklər.

Qeyd edək ki, indiyədək İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış, Zabitlər, Dədə Qorqud, eləcə də “Port Baku Residence” və “Port Baku Mall” (Fashion Avenue) parklarında da aktiv edilib.

Məqalədə : pulsuz Wi-Fi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2017 03:02

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru