Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Oktyabr

2017
15:37
729
Ömrü 2 günü keçməyən dövlətlər - SİYAHI

Katalonyanın müstəqilliyinin müzakirə edildiyi bu günlərdə hər kəsi düşündürən bir sual var: Əvvəllər də belə hallar olubmu? Tarix bu suala "bəli" cavabı verir. FaktXəbər-in məlumatına görə, özlərini müstəqil elan edən bu cür dövlətlərin ömrü çox qısa sürür. 6 saatlığına müstəqil olan ölkə də var. Sizə özünü müstəqil elan edən ən qısa ömürlü 12 dövləti təqdim edirik.

Demokratik Federal Rusiya Respublikası

19 yanvar 1918-ci ildə yaradılıb. Ömrü sadəcə 6 saat davam edib. Rusiya Sovet Federativ Sosialist Respublikasının yerində yaradılmışdı. Daha sonra Sovet ittifaqı oldu.

Kataloniya dövləti

6 oktyabr 1934-cü ildə yaradılıb. Ömrü 9 saat davam edib. İkinci İspaniya Respublikasından dövlət müstəqilliyini elan etmişdi, ancaq 9 saat sonra yenidən bu ölkənin bir parçası oldu.

Əmirliklər

Əbu Dabi Əmirliyi, Dubay Əmirliyi, Şarja Əmirliyi, Ummul-Qayvayn Əmirliyi, Fujairah Əmirliyi və Ajman Əmirliyi. 1 dekabr 1971-ci ildə yaradıldılar, ertəsi gün isə əmirliklərini başa çatdırdılar. Birləşmiş Ərəb Əmirliyinin bir parçasına çevrildilər.

Benin Respublikası

19 sentyabr 1967-ci ildə yaradılıb, ertəsi gün ömrü başa çatıb. Biafradan müstəqilliyini qazandıqdan sonra Nigeriyaya qoşulub. 

Biafra Respublikasının özü də indiki Nigeriyanın cənub-şərq bölgəsində 1967 ilə 1970-ci illər arasında mövcud olub.

30 may 1967-ci ildə birtərəfli qaydada Nigeriyadan müstəqilliyini elan edən ölkə, sonra başlayan və üç il ərzində davam Biafra nüharibəsi nəticəsində ləğv olunaraq yenidən Nigeriyanın suverenliyi altına daxil olmuşdu.

Karpat Ukraynası

15 mart 1939-cu ildə qurulub, ömrü isə bir gün davam edib. Çexoslovakiyadan müstəqilliyini qazanıbmış, daha sonra isə Macarıstan Krallığı tərəfindən işğal edilib.

Krım Respublikası

5 may 1992-ci ildə Ukraynadan müstəqilliyini elan etdi, ertəsi gün isə yenidən Ukraynanın bir hissəsi oldu.

Krım Respublikası - 2

17 mart 2014-cü ildə Ukraynadan ayrılaraq müstəqilliyini elan etdi, ertəsi gün Rusiyaya qatıldığını açıqladı.

Qalitsiya Respublikası

27 iyun 1931-ci ildə İspaniya Krallığından ayrılaraq müstəqilliyini elan etdi, ertəsi gün İkinci İspaniya Respublikasına qoşuldu.

Porto Riko Respublikası

23 sentyabr 1968-ci ildə İspaniya Krallığından müstəqilliyini elan etdi, ancaq ertəsi gün yenidən İspaniya Krallığının bir parçası oldu.

Farer adaları

18 sentyabr 1946-cı ildə Danimarka Krallığından ayrılaraq müstəqilliyini elan etdi. İki gün sonra yenidən Danimarka Krallığına qoşuldu.

Mindanao Federativ Respublikası

4 oktyabr 1990-cı ildə Filippindən müstəqilliyini elan etdi. İki gün sonra yenidən Filippinə qatıldığını açıqladı.

Ploieşti Respublikası

Ploieşti Respublikası 8 avqustda Rumıniya Krallığından ayrılaraq müstəqilliyini elan etdikdən 2 gün sonra yenidən Rumıniya Krallığına daxil olub.

Məqalədə : Kataloniya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru