Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2017
14:49
Ankarada qız qaçırma dəhşəti: Biri polis olmaqla 2 nəfər öldü

Türkiyənin paytaxtı Ankara şəhərinin Poladlı rayonundan olan 25 yaşlı Ömər Doğan Kahramankazan rayonundan olan qohumu, 16 yaşlı R.D. ilə bir-birini seviblər. Ömər Doğan ailəsi və yaxınları vasitəsilə R.D. ilə evlənmək istəyini çatdırıb. Ailə bu istəyi rədd edib. Bundan sonra Ömər Doğan aralarında Əkrəm Gəncin də olduğu 3 dostu ilə Kahramankazan rayonunda ailəsi ilə birlikdə qalan R.D.-ni qaçırıb.

FaktXəbər-in məlumatına görə, qızlarının qaçırıldığını görən ailənin yaxınları avtomobillə təqibə başlayıb. Kahramankazandan başlayan qaçdı-tutdu Ankara dairəvi yolundan yenidən rayona qədər davam edib. Saatlarla davam edən qaçdı-tutduya rayonun İmrendi məhəlləsinə son qoyulub. Qızın yaxınları avtomobilin təkərlərinə atəş açaraq maşının sürətinin azalmasına, sonra da bu maşına dəyərək yoldan çıxmasına səbəb olur.

Avtomobillərdən düşən tərəflər arasında başlayan dava-dalaş zamanı qızın qardaşı 25 yaşlı Əbdülqadir Doğanın silahından çıxan güllə qızın qaçırıldığı avtomobilin sürücüsü, 6 uşaq atası Əkrəm Gəncə dəyir. Əkrəm Gənc hadisə yerindəcə ölür. Əraziyə gələn polis hadisə ilə bağlı 13 nəfəri həbs edir.

Hadisədən sonra Polis İdarəsində ifadə verərkən şübhəlilərdən xəstələnir və o, xəstəxanaya aparılır. Bu zaman baş verən qarşıdurmada bir polis əməkdaşı da gülləyə tuş gələrək ölür, şübhəlilərdən Əziz Erol da ağır yaralanır.

Məqalədə : qız qaçırma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4682

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3167

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 10:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru