Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Oktyabr

2017
14:26
1137
FİFA ABŞ-dan intiqam aldı - FOTO-VİDEO

ABŞ-ın Trinidad Tobaqoya 2-1 uduzaraq Dünya Kubokundan kənarda qalması böyük mübahisə yaradıb.

FaktXəbər-in məlumatına görə, İspaniyanın "Marca" qəzetində yer alan xəbərdə Panama - Kosta Rika oyununda ev sahibinin ilk qolunda topun qapı xəttini keçmədiyi xatırladılaraq FİFA-nın bu matçı yenidən oynadacağı irəli sürülüb.

Qəzet bu iddiasına əsas olaraq isə Cənubi Afrika ilə Seneqal arasında 2016-ci ilin noyabr ayında oynanan matçı göstərib.

2018-ci il Dünya Kuboku Afrika seçməsində oynanan Cənub Afrika - Seneqal matçının hakim Yozef Lampteynin rüşvət almasının dəqiqləşməsindən sonra oyunun təkrar keçirilməsinə qərar verilmişdi. Oyunu Cənubi Afrika 2-1 hesabı ilə qazanmışdı. Hakim isə ömür boyu hakimlikdən uzaqlaşdırılmışdı. Bu matç noyabr ayında təkrarlanacaq.

"Marca" məhz bu qərara görə ABŞ-ın matçın hakimi Uolter Lopezi günahlandıraraq təkrarlanmasını tələb edəcəyini irəli sürüb. Ancaq daha əvvəlki praktika FİFA-nın bu barədə heç bir addım atmayacağını göstərir. "AS" qəzeti FİFA-nın bunu hakim səhvi kimi qəbul edəcəyini və matçı yenidən keçirməyəcəyini yazıb.

2010 Dünya Kuboku seçmələrində Fransa ilə İrlandiya arasında oynanan matçda da Teri Anri əllə qol vurmuş və Fransa İrlandiyaya qələbə çalaraq Dünya Kubokuna vəsiqə qazanmışdı. İrlandiya qolun əllə vurulduğunun aydın göründüyünü sübut etdikdə isə FİFA-nın İrlandiyaya susması üçün 5 milyon avro ödədiyi bildirilmişdi.

Əgər oyun təkrar keçirilsə və Panama qələbə çala bilməsə, Honduras birbaşa Dünya Kubokuna qatılacaq. ABŞ isə Avstraliya ilə play-off oynayacaq. Ancaq FİFA-nın belə bir qərar verməsi gözlənilmir.

Bu hadisə 2015-ci ildə başlayan FİFA rüşvət qalmaqalını yenidən gündəmə gətirir.

Belə ki, amerikalı rəsmilərin təzyiqi ilə İsveçrə Ədliyyə Nazirliyi FİFA-da araşdırmalara başlamış və çoxlu sayda rəhbər rüşvət ittihamı ilə saxlanılmışdı. FİFA-da böyük korrupsiya olduğu açıqlanmışdı. Bu hadisə FİFA prezidenti Sepp Blatter və UEFA prezidenti Mişel Platininin də başına bəla olmuşdu.

O vaxt UEFA prezidenti Mişel Platininin əlinin altında baş katib vəzifəsində işləyən Kanni İnfantino bu gün FİFA-ya rəhbərlik edir.

Panama oyununda qol olmadığı halda qol verilməsi və ABŞ-ın Dünya Kubokundan kənarda qalmasını FİFA-nın ABŞ-dan intiqamı kimi dəyərləndirənlər də var.

Məqalədə : Dünya Kuboku 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2017 14:25

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru