Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Oktyabr

2017
13:28
954
“Kristal Abşeron MTK”dan aldığı mənzilə görə ödəniş etmək istəyən qadının pulu oğurlanıb

Xırdalan şəhərində aldığı mənzilə görə ödəniş etmək istəyən qadının pulu oğurlanıb.

FaktXəbər bildirir ki, bu barədə "Report"a "Kristal Abşeron MTK"nın inşa etdiyi binada yaşayan Xədicə Arzum qızı Kərimova özü məlumat verib

O bildirib ki, pul kisəsini Heydər Əliyev prospektində yerləşən yaşadığı binanın həyətindəki oturacaqda unudub.

X.Kərimova polislərə müraciət etdikdən sonra pul kisəsinin tapıldığını, lakin içərisindəki 550 manatın yerində olmadığını deyib. O, həmin pulu kreditlə aldığı mənzilin aylıq ödənişinə verməli olduğunu bildirib. Mühafizə işçiləri kamera görüntülərinə baxdıqda pul kisəsinin X.Kərimovanın qonşuluğunda yaşayan qadın tərəfindən götürüldüyünün şahidi olublar.

"Report"un əməkdaşları (müxbir və operator) hadisənin təffərrüatını öyrənmək üçün həmin ünvana yollanıb. Mətbuat işçilərini qarşılayan bina sakinləri və həmin yaşayış kompleksinin mühafizəçiləri çəklişə mane olmaqla yanaşı jurnalistlərlə əlbəyaxa olublar. Vəziyyət o həddə çatıb ki, çəkiliş heyətinin təhlükəsizliyini təmin etmək üçün hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları gəlib. Yalnız bundan sonra hücuma məruz qalan jurnalistlər işlərini sona çatdıra biliblər.

Faktı ilə bağlı Abşeron RPİ-nin əməkdaşları oğurluqda şübhəli bilinən qadının izahatını alıb, araşdırmalar davam etdirilir.

Məqalədə : oğurluq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 14:04

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru