Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2017
12:03
1845
Rusiya Səudiyyə Ərəbistanı və İran arasında vasitəçi olmağa hazırdır

Rusiya Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçi  olmağa hazırdır, onlara danışıq üçün platforma verə bilər. FaktXeber.com-un məlumatına görə, bu barədə RF XİN rəhbərinin müavini, prezidentin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi  Mixail Boqdanov bildirib. 

«Biz həmişə düşünmüşük ki, nəhən regional dövlətlər arasında yığılan problemlər həll olunmalıdır… Tehran və Ər-Riyad arasında kifayət qədər qarşılıqlı anlaşma və güvən olsa idi bir çox problemlərin həlli daha asan olardı», - deyə Boqdanov jurnalistlərə bildirib.

O, əlavə edib ki, Moskva özünun vasitəçilik rolunu sırımaq istəmir, ancaq bir neçə dəfə uyğun təkliflə çıxış edib: «Biz həmişə Səudiyyə Ərəbistanında, İranda olan həmkarlarımıza bildirmişik ki, onlara rabitə üçün platforma verməyə hazırıq» 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2019 18:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com