Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Oktyabr

2017
11:44
462
Novruz Məmmədovun `Twitter` postu: AŞPA kimə və nəyə lazımdır?

“Uzun müddətdir ki, AŞPA bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur”.

Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Belə təəssürat yaranır ki, AŞPA Avropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmətini nümayiş etdirmək üçün çalışır.

Prezident köməkçisi bildirib ki, AŞPA-da oturanların bəziləri özlərini az qala inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər:

"Məgər AŞPA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? Əgər AŞPA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?"

Məqalədə : AŞPA Novruz Məmmədov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru