Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Oktyabr

2017
10:48
894
Əhsən Nuruzadənin anası vitse- prezidentə müraciət etdi

4 gündür heç yerdən xəbəri gəlməyən Müsalman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadənin sorağı 1 saylı İstintaq Təcridxanasından gəlib. Vəkili Yalçın İmanovun təcridxanaya təsadüfü zəngindən onun həbs olunduğu bəlli olub.

Əhsən Nuruzadə haqqında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində külli miqdarda narkotik əldə etmə, saxlama maddəsi ilə cinayət işi başlanıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Anası Zeynəb Hüseynova isə deyilənləri təkzib edir. Oğlunun Nardaran işi ilə ilə bağlı proseslərdə aktiv iştirakı və Taleh Bağırzadənin tərəfdarı olduğu üçün həbs olunduğu deyir.

Müsəlman Birliyi hərəkatının fəalı Əhsən Nuruzadə 2017-ci ildə 3-cü dəfə idi ki, yoxa çıxırdı. O ilk dəfə yanvarın 24-də evinin yaxınlığında tutulmuşdu. Yanvarın 30-dasa onun Baş Mütəşəkkil Cinayətkarlıqla

Mübarizə İdarəsində saxlanıldığı aşkarlanmışdı. Növbəti dəfə o Milli Şuranın təşkil etdiyi mitinqdən 4 gün öncə sentyabrın 19-da saxlanılmışdı.

O Meydan TV-yə müsahibəsində də Nardaran hadisələrindən sonra təzyiqlərə məruz qaldığını bildirmişdi.

Vəkili Yalçın İmanovun sözlərinə görə, Əhsənin 23 sentyabr və 7 oktyabr Milli Şuranın təşkil etdiyi mitinqlər arası həbs olunmağı da onun ictimai, siyasi fəaliyyətinə görə cəzalandığını göstərir.

Dövlət qurumlarından əlini üzən Zeynəb Hüseynova vitse prezident Mehriban Əliyevaya müraciət edir. Vəkil Əhsən Nuruzadənin həbsi ilə bağlı apelyasiya şikayəti verib.

Məqalədə : Əhsən Nuruzadə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 07:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru