" /> Bakı zooparkına yeni heyvanlar gətirildi - VİDEO

Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Oktyabr

2017
23:08
1224
Bakı zooparkına yeni heyvanlar gətirildi - VİDEO

Bakı zooparkına yallı qoyun, çəhrayı qutan kimi yeni heyvanlar gətirilib. İlk dəfədir zooparkda nümayiş olunan və hazırda uyğunlaşma mərhələsində olan heyvanların sayı artırılacaq. Yaxın vaxtlarda bir sıra yeni heyvanların gətirilməsi də nəzərdə tutulur.

Bakı zooparkına yeni heyvanlar gətirilib. Onların bəziləri ilk dəfədir ki, zooloji parkda nümayiş olunur.

Xarici zooparklarla müqavilə əsasında Heyvanat Parkına gətirilən heyvanların bəziləri yeni növ, bəziləri isə digər heyvanların erkəy və ya cütü olub.

Parkın direktoru Azər Hüseynovun sözlərinə görə, yeni heyvanları gətirməkdə əsas məqsəd onların sayını artırmaqdır. Bununla da gələcəkdə həmin heyvanların başqa ölkələrin zooparkları ilə dəyişdirilməsi nəzərdə tutulur.

Həmçinin yaxın günlərdə Moskva zooparkından bir sıra yeni heyvan növləri də gətiriləcək.

Daha çox uşaqların böyük maraqla izlədiyi yeni heyvanların gətirilməsi ziyarətçilərin marağına səbəb olub.

Yeni heyvanların Bakıya gətirilməsi üçün zooparkda hazırlıq işləri görülür. (Xezerxeber)

Məqalədə :  
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 02:37

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru