Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2017
16:50
Maqnit qasırğası artıq başladı - Daha çox harada hiss olunacaq?

FaktXəbər-in verdiyi məlumata görə, dünən proqnozlaşdırılan geomaqnit qasırğası artıq başlayıb və G1 səviyyəsindədir. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

E.Babayevin sözlərinə görə, geomaqnit indeksi Kp-nin qiyməti artıq 5-ə çatıb: "Qasırğa gün ərzində davam edəcək. Günəş plazma küləyinin sürəti artqı 400 km/san-dir ve getdikcə artmaqdadır.

Planetlərarası maqnit sahəsinin Z komponentinin cənuba doğru yönəlməsi həyəcanlaşmanı daha da artırır. Bu dəfəki qasırğa yuxarı en dairələrində daha çox hiss ediləcək".

Qeyd edək ki, artıq ötən gündən Yerdə güclü maqnit qasırğası başlayacağı barədə xəbər verilib. Trend-in məlumatına görə, maqnit qasırğasının elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsir edəcəyi gözlənilir.

Bu qasırğanın meteohəssas insanlara da təsirsiz ötüşməyəcəyi bildirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : geomaqnit qasırğası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 18:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com