Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Oktyabr

2017
15:52
567
İraq Ali Məhkəməsi referendum təşkilatçılarının həbs edilməsi barədə qərar çıxarıb

FaktXəbər-in verdiyi məlumata görə, İraqın Ali Məhkəmə Şurası Kürdüstanın müstəqilliyi üçün referendum təşkil edən müstəqil komissiyanın rəhbəri və üzvlərinin həbsi barədə qərar çıxarıb. Bu barədə "İraq" informasiya agentiyi məlumat yayıb. 

Qeyd edək ki, İraqın Kürdüstan vilayətində sentyabrın 25-də müstəqillik haqqında referendum keçirilib. Barəsində həbs qərarı çıxan Referendum və Seçkilər üzrə Müstəqil Komissiya açıqlayıb ki,  seçicilərin 92,7%-i lehinə səs verib. 

İraq hakimiyyəti referendumu qeyri-legitim elan edib və səsvermənin nəticələri ləğv olunmayınca Kürdüstan Regional Birliyi ilə danışıqlar aparmayacağını bəyan edib. 

Məqalədə : Kürdüstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru