Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Oktyabr

2017
15:12
525
Qırğızıstan Qazaxıstandan sərhəddə intiqam alır - VİDEO

FaktXəbər-in "Sputnik"ə istinadən verdiyi məlumata görə, Qırğızıstan gömrükçüləri Qazaxıstanla sərhəddə süni maneə yaradıb. Belə ki, Qazaxıstandan Qırğızıstan ərazisinə daxil olmaq istəyən yük maşınları 1,5 saatdan bir buraxılır. 

Qırğız tərəfi prezident seçkilərinə hazırlıqla əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlasa da, Qazaxıstanla sərhəddə heç bir maneə yaratmadığını bəyan edib. 

Qeyd edək ki, ötən həftə Qırğızıstan prezidenti Almazbek Atambayev Soçiyə MDB dövlətlərinin iclasına səfərini təxirə salıb. Səbəb isə gözlənilən prezident seçkiləri ərəfəsində ayrı-ayrı siyasətçilər tərəfindən qarşıdurma və ölkədə çevrilişə cəhd faktorlarının ortaya çıxması olub.

Atambayev bundan əvvəl Qazaxıstan rəhbərliyini ölkənin daxili işlərinə qarışmaqda ittiham etmişdi. Prezidentin fikrincə, Astana Qırğızıstan prezidenti vəzifəsinə müəyyən olunmuş namizədi dəstəkləyir.

Məqalədə : Qırğızıstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru