Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Oktyabr

2017
12:09
324
Britaniyanın baş naziri Trampı İranla nüvə sazişini dayandırmamağa çağırıb

Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ prezidenti Donald Trampı İranla atom müqaviləsindən çəkilməkdən imtina etməsi üçün birbaşa söhbətdə razı salmağa çalışıb. FaktXeber.com-un məlumatına görə, bu barədə İnterfaks xəbər yayıb. Məlumatda bildirilir ki, o, bunu regional təhlükəsizlik üçün həyati vacib olduğunu bəyan edib.

Mey danışıqlar zamanı  monitorinqin  və saziş əsasında vəzifələrin dəqiq yerinə yetirilməsinin vacibliyini  vurğulayıb.

Xatırladaq ki, Tramp  yaxın zamanlarda  ABŞ-ın İranla nüvə sazişini ləğv edəcəyini bildirmişdi. Dünyanın bir çox ölkələri Trampı bu addımdan geri çəkilməyə çağırıb.

BMT Baş Assambleyasının iclasında çıxışı zamanı Almaniyanın XİN rəhbəri Ziqmar Qabriel ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişini dayandırmaq barədə təhdidlərini sərt şəkildə tənqid edib. Şimali Koreya ilə cari münaqişəni nəzərə çatdıran alman nazir daha sonra deyib: "Əvvəllər bağlanan müqavilələrin sonra pozula biləcəyni görən hansı ölkə nüvə  proqramından imtina edər?"

Buna qədər ABŞ-ın dövlət katibi Reks Tillerson da İranın Beynəlxalq vasitəçilərlə bağlanan nüvə proqramı barədə razılaşmaya əməl etdiyini bildirmişdi.

Məqalədə : İran saziş 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru