Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Oktyabr

2017
11:51
579
Leonardo da Vinçinin rəsm əsəri 100 milyon dollara satışa çıxarılır - FOTO

Leonardo da Vinçinin şəxsi kolleksiyasından tapılan son rəsm əsərlərindən biri hərraca çıxarılacaq.

FaktXəbər-in məlumatına görə, əsərin ilkin qiyməti 100 milyon dollar olacaq. XVI əsrə aid “Dünyanın xilaskarı” adlanan "Salvator Mundi" əsərində İsa Məsih təsvir olunub.

Qeyd edək ki, Leonardo da Vinçi "Salvator Mundi" rəsmini 1506-1513-cü illərdə Fransa kralı XII Lyudovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib.

Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər.

Hazırda "Salvator Mundi"nin sahibi amerikalı bir dillerdir. 

Məqalədə : Leonardo da Vinçi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru