Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Oktyabr

2017
11:14
369
Macarıstan Ukraynanı sanksiya ilə hədələdi

FaktXəbər-in verdiyi məlumata görə, Macarıstan Ukraynanı təhsil haqqında qəbul olunan yeni qanuna görə sanksiya ilə hədələyib. Ölkənin xarici işlər naziri Peter Siyarto bildirib ki, təhsil haqqında qanun dəyişdirilməzsə, Avropa Birliyində rəsmi Kiyevə qarşı sanksiya məsələsini qaldıracaq.

"Biz Ukraynada bu qanunun dəyişdirilməsi üçün sonadək mübarizə aparacağıq. Bu işdə kompromis ola bilməz",-deyə Macarıstanın xarici işlər naziri əlavə edib. 

Qeyd edək ki, Ali Rada sentyabrın əvvəlində təhsil haqqında yeni qanun qəbul edib ki, bu da ölkə ərazisində yalnız Ukrayna dilində təhsil verilməsini nəzərdə tutur. 2018-ci ildən fənlərin tədrisi milli azlıqların dillərində beşinci sinifdən ləğv edilir. 2020-ci ildən milli azlıqların dillərində ibtidai siniflərdə təhsil də ləğv olunacaq.

2001-ci il əhalinin siyahıya alınmasına əsasən, Ukrayna ərazisində 155 min macar yaşayır.

Məqalədə : Macarıstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru