Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Oktyabr

2017
10:38
762
100.000$-dan artıq qiyməti olan maşınlar su altında qalıb - FOTO-VİDEO

ABŞ-ın Texas və digər cənub ştatlarında "Harvi" qasırğası zamanı suya batmış maşınların utilizasiyasına hazırlaşırlar. Təkcə Hyustonda "Royal Purple Raceway" avtodromunun 160 hektarlıq ərazisinə 30 min avtomobil yığılıb. Amma bu hələ başlanğıcdır.

FaktXəbər-in məlumatına görə, Texas və digər cənub ştatlarında yarım milyondan artıq avtomobilin "Harvi"dən zərər çəkdiyi bildirilir. Bəzi şəxslər avtomobilini təmir etdirəcəyini düşünsələr də, əksəriyyəti rəsmi auksiona çıxaracağını deyirlər.

Bu isə o deməkdir ki, ABŞ-dan Şərqi Avropaya işlənmiş maşınlar axmağa başlayacaq. Özü də onların əksəriyyəti vurulmuş və suya batmışdır, buna görə də çox ucuz olacaq. Onları bərpa etdikdən sonra isə satışından yaxşı pul qazanmaq olar. Yeri gəlmişkən, qasırğa nəticəsində su altında qalmış yeni maşınların gətirilməsini də istisna etmək olmaz. Üstəlik yerli dilerlər yeni avtomobillər üçün böyük endirimlərə başlayacaqlar.

Sosial şəbəkələrdə "Royal Purple Raceway" avtodromunda qasırğadan zərər çəkmiş maşınların görüntüləri yayılıb. Onların ümumi dəyəri 10 milyonlarla dollarla ölçülür.

Çoxlu sayda ailə maşınları olan sedan, furqon, pikap və krossoverlərin arasında çox bahalı maşınlara da rast gəlmək mümkündür.

Avtomobillər arasında əsl ekzotiklər var: idman avtomobili olan "Ferrari 458 Scuderia" və "488 Spider", "Ford GT" kupe, "Lamborgine" və "Mercedes Gelandewagen".

Avtomobillərin taleyi onların xəsarət dərəcəsindən asılı olacaq. Ən az zərər çəkən maşını sahiblərinə verəcəklər və ya hərraclarda satacaqlar, qalanları isə utilizasiya ediləcək. "Harvi" qasırğası tarixə təkcə böyük dağıntı və insan tələfatı ilə daxil olmadı. O həm də özündən sonra rekord sayda batmış avtomobil qoydu.

Məqalədə : Harvi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru