Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Oktyabr

2017
09:50
345
Səfir Elman Abdullayev etimadnaməsini Ruanda Respublikasının Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev etimadnaməsini Ruanda Respublikasının Prezidenti cənab Pol Kaqameyə təqdim edib.

Bu barədə FaktXəbər-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Ruanda Prezidenti ilə keçirilmiş görüş zamanı səfir Elman Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Pol Kaqameyə çatdıraraq, Ruanda ilə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu və Azərbaycan Respublikasının bu ölkə ilə münasibətlərin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.

Ruanda Prezidenti səfir Elman Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə : Elman Abdullayev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru