Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Oktyabr

2017
08:57
1074
`Sədərək` ticarət mərkəzində dükandan pul oğurlayan şəxs kameraya düşüb - VİDEO

“Sədərək” ticarət mərkəzində yerləşən dükanlardan birində oğurluq hadisəsi baş verib.

İnsident ticarət mərkəzindəki qab-qacaq satılan mağazada qeydə alınıb.

Dükan sahibi nəzarət kameralarının köməkliyi ilə müəyyən edib ki, satılan əşyaların qiyməti ilə maraqlanan naməlum daimi müştərilərdən biri satıcının bayıra çıxmasından istifadə edərək içərisində xeyli miqdarda vəsait olan pul kisəsini götürüb. Mağazanı tərk edən naməlum şəxs bir neçə dəqiqədən sonra yenidən dükana qayıdıb və götürdüyü pul kisəsini yerinə qoyub.

Hadisə barədə zərəçəkən iş vaxtı başa çatandan sonra xəbər tutub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır./Report

Məqalədə : oğurluq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 17:17

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru